Karlosun əvəzinə...
Türkiyə Superliqasında çıxış edən "Akhisar Bələdiyyəspor”un yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Roberto Karlosun gedişindən sonra boş qalan posta Cihat Arslan gətirilib. Onunla 2 illik rəsmi müqavilə imzalanıb. 45 yaşlı mütəxəssis artıq 5 futbolçu ilə yolları ayıracaqlarını, komandadan göndərilən yunan forvard Teofanis Gekasın geri qaytarılacağını bildirib.
Qeyd edək ki, Arslanın son iş yerinin "Balıkesirspor” olduğunu da bildirək.
saytlarin hazirlanmasi