Futbolçu avtomobil qəzasında həyatını itirib
Türkiyənin aşağı liqa komandalarından olan "Doğanspor" klubu ağır itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın 24 yaşlı gənc futbolçusu Mustafa Kılıç avtomobil qəzasında dünyasını dəyişib. Belə ki, Kılıç idarə etdiyi motesikletlə yük avtomobili ilə toqquşub. Gənc futbolçu yerindəcə dünyasını dəyişib. Gənc futbolçunun həyat yoldaşı isə 4 aylıq hamilə imiş.
.Qeyd edək ki, Kılıç "Doğanspor"un ən aparıcı üzvlərindən olub.
saytlarin hazirlanmasi