Danışıqlar gedir
Türkiyənin “Beşiktaş” klubu “Porto”nun futbolçusu Rikardo Quareşmanı heyətinə qatmaq üçün görüşmələrə başladı.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, heyətini Andreas Bek və Dusko Tosiçlə gücləndirən “qara qartallar”da növbəti hədəf Quareşmadı.
“Ağ-qaralar” “Porto”nun yeni mövsümdə heyətində düşünmədiyi sabiq portuqaliyalı futbolçusunu yenidən komandaya qaytarmaq üçün görüşmələrə başladı və artıq danışıqların müsbət nəticələndiyi iddia edilir.
Qeyd edək ki, ulduz futbolçu 2012-ci ildə “Beşiktaş”dan ayrılmışdı.
saytlarin hazirlanmasi