Yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL klubu bu gün növbəti yoxlama görüşünü keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"la qarşılaşıb. Sumqayıt şəhər stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çayıb.
Qeyd edək ki, AZAL son yoxlama görüşündə "Kəpəz"ə 1:2 hesabı ilə uduzub. "Sumqayıt" isə 19 yaşadək futbolçulardan ibarət millimizə 2:1 hesabı ilə qalib gəlib.