"Osmanlıspor" Mustafa Akçayla anlaşıb
Növbəti mövsümdən Türkiyə Superliqasında çıxış edəcək "Osmanlıspor" klubu yeni baş məşqçiilə anlaşıb.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bir müddət öncə Uğur Tütünəkərlə yollarını ayıran Ankara təmsilçisi Mustafa Akçayla razılığa gəlib. 56 yaşlı çalışdırıcı ilə bütün məsələlərdə razılıq əldə olunub və o artıq yeni komandası ilə də tanış olub. Türkiyəli məşqçi son olaraq yerli "Akhisar BB"ni çalışdırıb.
saytlarin hazirlanmasi