Tomas Muner "cim bom"un hədəfində
Türkiyənin “Qalatasaray” klubu transfer çalışmalarını davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi “Brügge”nin sağ cinah müdafiəçisi Tomas Muneri heyətinə qatmaq istəyir. Artıq Belçika təmsilçisi ilə danışıqlara start verilib. Futbolçu özü "Qalatasaray"da oynamaq istəyir. “Brügge” rəhbərliyi Munerin transferi üçün 6 milyon avro tələb edir. “Cim bom”un bu məbləği ödəyəcəyi gözlənilir.
saytlarin hazirlanmasi