Reis Mbolini heyətinə qatıb
Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" daha bir futbolçu ilə heyətini gücləndirib.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "ağ-qırmızılar" transfer pəncərəsinin bağlanmasına 1 həftə qalmış Əlcəzair milli komandasının qapıçısı Reis Mbolini heyətinə qatıb. 29 yaşlı qapıçı ilə razılıq əldə olunub, onunla 3 illik müqavilə imzalanıb. Bu Antalya təmsilçisinin həyata keçirdiyi 13-cü transferdi.
Qeyd edək ki, Samuel Etonun da çıxış etdiyi "Antalyaspor" Türkiyə Super Liqasında keçirdiyi hər iki qarşılaşmada qələbə qazanıb.
saytlarin hazirlanmasi