Lisenziya ala bilməyən komandalar cəzalandırıldı
Türkiyə Futbol Federasiyası (TFF) 7 klubun 3 xalını silib.
Sportal.az xəbər verir ki, bunlardan ikisi PTT I liqa klubları – “Samsunspor” və “Dənizlispor”, beşi isə Spor Toto II liqa klubları – “Orduspor”, “Ankaragücü”, “Tarsus İdman Yurdu”, “Kahramanmaraşspor” və “Bucaspor”dur.
Sözügedən klubların beynəlxalq lisenziya ala bilməməsi onların xallarının silinməsiylə nəticələnib.
Qeyd edək ki, xalları silinən klubların TFF Apelyasiya Komitəsinə etiraz etmək hüquqları var.
saytlarin hazirlanmasi