Müdafiəçi zədələndi
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Ermənistanın qonağı olan Danimarka millisi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, qolsuz heç-heçə edən Danimarkanın heyətində "Fənərbaxça"nın da formasını geyinən Simon Kyaer 80-cı dəqiqədə ciddi zədə alaraq meydanı tərk etməli olub.
Qeyd edək ki, 26 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.
saytlarin hazirlanmasi