Futbol üzrə Azərbaycan I Divizionunun 2015/2016-cı il mövsümünün oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, Qusarıın “Şahdağ” klubu ilk oyununa doğma meydanda MOİK-lə çıxacaq. Komanda təlim-məşq toplanışına 32 nəfərlik heyətlə qatılıb. Gündə bir dəfə məşq edən Telman Cavadovun yetirmələri hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.
Klub bu il ehtiyac olan mövqelərə 3 yeni oyunçu transfer edib. Həmçinin Qusarın “Şahdağ” futbol klubu yeni mövsümdə gürcü əsilli hücumçu David Cacxunaşvili ilə də müqavilə imzalayıb. Qeyd edək ki, sentyabrın 11-də Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçiriləcək “Şahdağ” –“MOİK” oyunu saat 17:00-da başlayacaq.