Oyun 40 dəqiqə gecikmə ilə başladı
Bu gün Azərbaycan I Divizionunda II turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, saat 13:30-da keçirilməsi planlaşdırılan MOİK - "Ağsu" matçı 40 dəqiqə gecikmə ilə başlayıb. Buna səbəb isə, təcili tibbi yardım maşınının stadiona gec gəlməsi olub. Bu barədə "Ağsu FK" "facebook" səhifəsində məlumat yer alıb.
Qeyd edək ki, hazırda 1-ci hissəsi oynanılan matç 0:0 hesabı ilə davam edir.
saytlarin hazirlanmasi