Sportal.az xəbər verir ki, matçın 89-cu "Karşıyaka" futbolçusu 3-cü qolu vurduqdan sonra əsgər salamı verməsi meydan sahiblərini özündən çıxarıb. Belə ki, kürdlərin çox yaşadığı Siirt şəhərində bu qol sevincindən sonra "Kurtalanspor"un azarkeşləri meydana daxil olaraq futbolçulara hücum çəkiblər. Stadiona təhlükəsizliyə görə cəlb olunmuç əsgərlərin qalmaqala müdaxiləsindən sonra futbolçular çətinliklə də olsa, paltardəyişmə otağına yollana bilib.