Hakim ən azı 2 tur təyinat almaacaq
Məşhur türkiyəli hakim Cüneyt Çakırı cəza gözləyir.
Sportal.az xəbər verir ki, superliqanın son turunda “Trabzonspor” – “Qalatasaray” matçını idarə edən referi kobud səhvə yol verdiyi üçün Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılacaq. “Qalatasaray”ın futbolçusunun cərimə meydançasında əli ilə oynadığı epizodu düzgün qiymətləndirməyən tanınmış referi ən azı 15 gün "istirahət" etməli olacaq.
Qeyd edək ki, sözügedən oyun “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi