AFFA I Divizion klublarını da cəzalandırdı

13:08 - 29 Sentyabr 2015

Komitənin qərarları

 

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, keçirilən iclada I Divizion klubları da cəzalanıb:

 

 

I Divizionun III turunun “Mil-Muğan” – “Zaqatala” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

 

I Divizionun III turunun “Ağsu” – “Turan Tovuz” matçının 57-ci dəqiqəsində “Turan Tovuz” klubunun 8 №-li futbolçusu Seymur Tağıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun III turunun “Bakılı” – “Neftçala” matçının 42-ci dəqiqəsində “Bakılı” klubunun 14 №-li futbolçusu Taleh Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 45+1-ci dəqiqəsində “Bakılı” klubunun məşqçisi Əli Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur

Xəbər xətti