2018-ci ilə qədər müqavilənı uzatdı
"Qalatasaray" klubu hollandiyalı futbolçusu Uesli Sneyderlə müqaviləni yeniləyib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qalatasaray" Sneyderlə müqaviləni 2018-ci ilə qədər uzadıb. Müqavilənin şərtlərinə görə, Sneyder hər mövsüm üçün 3.200.000 avro və hər oyuna görə 20.000 avro qazanacaq.
Qeyd edək ki, Uesli Sneyder 2013-cü ildən "Qalatasaray"da çıxış edir.
saytlarin hazirlanmasi