Komandasının qoluna sevinmədi
Son zamanlar "Fənərbaxça"da ən çox müzakirə edilən məsələlərdən biri də ulduz futbolçu Robin van Persinin ehtiyyat skamyasında qalmasıdır. Hətta ehtiyyatda qaldığına görə, ulduz futbolçu komandanın baş məşqçisi Vitor Pereyra ilə mübahisə etmişdi.
Sportal.az xəbər verir ki, dünən baş tutan "Fənərbaxça" - "Akhisar" (2:2) oyununda "Fənərbaxça"nın ilk qolundan sonra ehtiyyat skamyasında hamı qol sevinci yaşasa da, Persi bu qola heç bir reaksiya göstərməyib. Bu hadisə Türkiyə mətbuatında gündəm yaradıb və belə davam edərsə, futbolçunun komandadan ayrıla biləcəyi də qeyd olunub.
saytlarin hazirlanmasi