AFFA I Divizion klublarını da cəzalandırdı

13:29 - 6 Oktyabr 2015

Hakimi təhqir etdiyinə görə...

 

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizion klubları da cəzalanıb:

 

 

I Divizionun IV turunun MOİK – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

 

I Divizionun IV turunun “Şəmkir” – “Ağsu” matçının 70-ci dəqiqəsində “Ağsu” klubunun inzibatçısı Ənvər Hacıyev hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur.

 

I Divizionun IV turunun “Turan-Tovuz” – “Bakılı” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

 

I Divizionun IV turunun “Qaradağ Lökbatan” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

 

I Divizionun I turunun təxirə salınmış “Ağsu” – “Zaqatala” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 16-cı dəqiqəsində “Zaqatala” klubunun 5 №-li futbolçusu Elçin Süleymanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur

Xəbər xətti