"Gözəl oyun baş tutdu"
Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun sonuncu qarşılaşmasında "Beşiktaş" səfərdə "Antalyaspor"u 5:1 hesabı ilə məğlub edib. "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş qələbəni belə şərh edib:
"Hər iki komanda gözəl oyun nümayiş etdirdi. Oyundan həzz aldıq. Bu baxımdan çox sevinirəm. Oyunçularımı təbrik edirəm. Hər şeyi oyunçular edir, mən sadəcə yardımçı olmağa çalışıram".
Qeyd edək ki, "Beşiktaş" 9 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 1-ci pilləsində qəraraşıb.
saytlarin hazirlanmasi