I Divizion klubları da...
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Sportal.az xəbər verir ki, iclasda I Divizion klubları da cəzalanıb:
I Divizionun VII turunun “Mil-Muğan” – “Turan Tovuz” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 9 №-li futbolçusu Elxan Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun VII turunun “Göyəzən” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində “Göyəzən” klubu meydançanı özbaşına tərk etmiş 2 dəqiqə sonra geri qayıtmışdır. Oyunun yenidən bərpa olunmasına baxmayaraq klub 1000 manat cərimə olunur. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaqdır.
I Divizionun VII turunun “Bakı” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
I Divizionun VII turunun “Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
divizionun VII turunun “Bakılı” – “Zaqatala” matçının 89-cu dəqiqəsində “Zaqatala” klubunun 18 №-li futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
saytlarin hazirlanmasi