1 ay oynamayacaq
Türkiyənin “Fənərbaxça” klubunun heyətində ciddi itki baş verib.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “sarı-lacivərtlilər”in gənc futbolçusu Lazar Markoviç zədələnərək sıradan çıxıb. Serbiyalı müdafiəçi Super Liqanın 10-cu turunda "Osmanlıspor"la keçirilən matçında zədələnib. O, 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, müqavilə ilə "Liverpul"a məxsus olan 21 yaşlı futbolçu bu mövsümün əvvəlində "Fənərbaxça"ya icarəyə verilib.
saytlarin hazirlanmasi