Hakimləri təhqir edən futbolçunun cəzası bəlli oldu

14:10 - 10 Noyabr 2015

I Divizion klublarına cəza

 

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. 

 

Sportal.az xəbər verir ki, iclasda I Divizion klubları da cəzalanıb:

 

 

I Divizionun VIII turunun MOİK – “Bakılı” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 54-cü dəqiqəsində “Bakılı” klubunun 19 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasından sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur

Oyunun 79-cu dəqiqəsində MOİK klubunun klubunun baş məşqçisi Adilov Şamil texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur.

 

I Divizionun VIII turunun “Şahdağ”  – “Mil-Muğan” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur 

Xəbər xətti