"Öz səhvlərimizdən məğlub olduq"
Azərbaycan I Divizionunda “Bakı” klubu doğma meydanında “Turan Tovuz” komandasını 2:1 hesabı ilə məğlub edib.
Oyundan sonra Tovuz klubunun baş məşqçisi Nizami Sadıqov matçla bağlı fikirlərini sportal.az-ın əməkdaşı ilə bölüşüb:
“İlk hissədə və ikinci hissədə fərqli futbol nümayiş etdirdik. Buna səbəb havanın küləyli olması və topa nəzarət etməməyimiz oldu. Buna görə də rəqibin təzyinə davam gətirmədik. Öz səhvlərimizdən məğlub olduq. Heyətimizdə gənc futbolçular çoxdu. Bütün komandalar da istedadlı gənc oyunçular var. Həmin gəncləri hazırlayıb futbolumuza bəxş etməliyik. Çalışmalıyıq ki, Azərbaycan futbolu daha da inkişaf etsin. Biz məşqçilərin işi odur ki, gəncləriin üzərində çalışıb onları yetişdirək. Artıq komandamızın maliyyə durumu da yaxşılaşmaq üzrədir. Yavaş-yavaş işlər qaydasına düşür”
“Turan”ın baş məşqçisi Premyer Liqaya vəsiqə qazanmaq istədiklərini bildirib:
“Liderlə xal fərqi böyükdü. Amma biz istəyirik ki, növbəti mövsüm Premyer Liqada oynayaq”
saytlarin hazirlanmasi