"Neftçala"nın futbolçusu: "Özümü millinin heyətində görürəm"

13:03 - 13 Noyabr 2015

"Şans lazımdı"

 

Ötən gün Azərbaycan I Divizionunun IX turunda doğma meydanda "Şəmkir"i qəbul edən "Neftçala" 1:0 hesablı qələbə qazanıb.

 

Oyun barədə fikirlərini Sportal.az-la bölüşən "Neftçala"nın futbolçusu Cəmil Rəhimli bunları qeyd edib:

 

"Bundan öncə "Qaradağ Lökbatan"a məğlub olduq. Həmin matçda oyunumuz heç cür alınmadı. Lakin, məşqçilərimiz bizi bu matça yaxşı motivə edə bildilər. Belə bir vacib matçda istədiyimiz qələbəni qazandıq. Qarşıdakı matçlarda da rəqiblərimizi məğlub edib çempion olmaq istəyirik".

 

Daha sonra U-21 millisinə dəvət olunmaq şansı barədə də danışan Rəhimli məsələyə belə münasibət bildirib:

 

"Hələ ki, millidən heç bir dəvət almamışam. Ancaq, onu qeyd edim ki millidən gəlib oyunlarımıza baxıblar. İnanıram ki, nə vaxtsa milliyə dəvət ala bilərəm. Özümü millinin heyətində görürəm. Bunu sübüt etmək üçün mənə şans verilməlidir".

Xəbər xətti