"Neftçala" və "Şəmkir"ə sərt cəzalar

13:28 - 17 Noyabr 2015

Kamal Quliyevə 5 oyun cəza

 

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, komitə I Divizionun "Neftçala" - "Şəmkir" oyununda baş verənlərə görə hər iki klubu cəzalandırıb.

 

I Divizionun IX turunun  “Neftçala”  – “Şəmkir” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur . Oyunun 74-cü dəqiqəsində “Neftçala” klubunun 4 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur .

Oyunun 90+1-ci dəqiqəsində “Şəmkir” klubunun 11 №-li futbolçusu İlham Allahverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 90+2-ci dəqiqəsində “Şəmkir” klubunun 6 №-li futbolçusu Rəhman Şabanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı zaman azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun 7 №-li futbolçusu Bəhruz Teymurov hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.

Oyunun 74-cü dəqiqəsində “Neftçala” klubunun futbolçusuna göstərilən qırmızı vərəqədən sonra klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqir edici hərəkətə yol vermişdir. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edir.

“Neftçala”  klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqir edici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur 

Xəbər xətti