"Bu barədə çox danışmaq istəmirəm"
“Qalatasaray”la yollarını ayıran Həmzə Həmzəoğlu ilk açıqlamasını verib.
Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis istefası haqda danışıb:
“Klub rəhbərliyi mənimlə davam etmək istəmədiklərini bildirdi. Mən də bu qərara hörmət edirəm. Onlara təşəkkürümü bildirirəm”.
“Vəzifənizdən göndəriləcəyinizi gözləyirdinizmi?” sualını Həmzəoğlu cavablandırmaq istəməyib:
“Bu barədə çox danışmaq istəmirəm. İndiyədək mənə güvənənlərə, dəstək verənlərə təşəkkür edirəm. Klub rəhbərliyinin qərarına hörmət etmək lazımdır”.
Xatırladaq ki, H.Həmzəoğlu ötən ildən “Qalatasaray”ı çalışdırırdı.
saytlarin hazirlanmasi