"Trabzonspor"la danışıqlar aparır
Türkiyənin "Qalatasaray" klubunun sürpriz şəkildə yollarını ayırdığı baş məşqçi Hamza Hamzaoğlunun işsiz günləri çox çəkməyə bilər.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən mövsüm "cim-bom"a 3 kubok qazandıran mütəxəssis başqa bir Türkiyə nəhəngi ilə razılığa gələ bilər. Belə ki, Hamzaoğlunun "Trabzonspor"la danışıqlar apardığı iddia edilir. Ötən həftə gürcü mütəxəssis Şota Arveladze ilə yollarını ayıran Qara dəniz təmsilçisi "Qalatasaray"ın sabiq çalışdırıcısını baş məşqçi postuna gətirmək istəyir.
saytlarin hazirlanmasi