Klub açıqladı
Türkiyənin "Eskişehirspor" klubu makedoniyalı futbolçusu Muarem Muaremlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama yayılıb. Açıqlamada "Komandamıza mövsümün əvvəlində qatılan oyunçularımız Muarem Muarem və Teofanis Gekas ilə qarşılıqlı razılaşma əsasında müqavilələri ləğv olunmuşdur. Hər iki futbolçuya "Eskişehirspor"a verdikləri əmək üçün təşəkkür edirik, bundan sonrakı həyatlarında uğurlar diləyirik" deyə qeyd olunub.
Qeyd edək ki, Muarem bu mövsümün əvvəlində "Qarabağ"dan Türkiyə klubuna transfer olunmuşdu.
saytlarin hazirlanmasi