"Bursaspor" klubu baş məşqçisi ilə yollarını ayırdı
Uğursuz nəticələrdən sonra "Bursaspor" klubu baş məşqçisi ilə yollarını ayırmaq qərarına gəlib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kayserispor"a doğma meydanda 2:1 hesabı ilə məğlub olduqdan sonra klub rəhbərliyi Ertuğrul Sağlamı vəzifəsindən uzaqlaşdırıb.
Qeyd edək ki, Ertuğrul Sağlam mövsümün əvvəlində "Bursaspor"a baş məşqçi təyin edilmişdi.
saytlarin hazirlanmasi