Azarkeşlər etiraz edir
Türkiyə futbolunda xoşagəlməz hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, PTT 1-ci Liqasında mübarizə aparan "Karşıyaka" klubunun bazasına hücum olub. Milli komandamızın üzvü Kamran Ağayevin də şərəfini qoruduğu İzmir təmsilçisinin dünən "Denizlispor"a məğlub olmasından sonra uğursuz çıxışlardan narazı qalan azarkeşlər komandanın bazasına basqın edib. 200-ə qədər azarkeş futbolçulara və məşqçilər korpusuna etirazlarını bildiriblər. Polislər azarkeşləri ərazidən uzaqlaşdırıb.
saytlarin hazirlanmasi