Adilov getdi
MOİK-də baş məşqçi istefası reallaşıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Divizion təmsilçisi Şamil Adilovla yolları ayırıb. Uzun müddət MOİK-də çalışmış mütəxəssis uğursuz nəticələrə görə işindən ayrılmalı olub.
Belə ki, klub rəhbərliyi komandanın cari mövsümdəki nəticələrini (11 oyunda 12 xal) qənaətbəxş hesab etmədiyindən, Adilovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
MOİK-in yeni baş məşqçisinin adına yaxın müddətdə aydınlıq gələcək.
saytlarin hazirlanmasi