Mövlut Erdinçlə maraqlanır
Türkiyənin "Qalatasaray" klubu hücumçu axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Almaniyanın "Hanover 96" klubunda çıxış edən Mövlut Erdinçi heyətinə qatmaq istəyir. Fransanın "L'Équipe" qəzetinin yazdığına görə "cim bom" türk futbolçu ilə yaxından maraqlanır. 28 yaşlı hücumçunu "Konyaspor"da transfer etmək istəyir.
Qeyd edək ki, bu mövsüm Bundesliqada 11 matçda meydana çıxan Mövlut fərqlənməyi bacarmayıb.
saytlarin hazirlanmasi