MOİK-də yeni vitse-prezident

12:31 - 14 Dekabr 2015

Əliyevə yeni vəzifə

 

Azərbaycan I Divizionunda mübarizə aparan MOİK futbol komandasında daha bir təyinat rəsmiləşib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yaxın keçmişdə komandanın baş məşqçisi olmuş, sonradan Premyer Liqada çalışan ən gənc mütəxəssis kimi futbol tariximizə düşən Ramil Əliyev artıq ordu klubunda yeni vəzifəyə təyinat alıb. O, MOİK-in vitse-prezidenti olaraq çalışacaq.

 

Xatırladaq ki, Ramil Əliyev MOİK-i baş məşqçi kimi iki dəfə Premyer Liqaya çıxarıb. O, 2007/08 və 2009/10 mövsümlərinin yekunlarına görə, ordu klubunu elitaya daşıyıb.

 

Qeyd edək ki, R.Əliyev MOİK-dən başqa, müxtəlif dövrlərdə iki dəfə "Rəvan"da çalışıb.

Xəbər xətti