I Divizion klubları cəzalandı
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Sportal.az xəbər verir ki. iclasda I Divizion klubları da cəzalanıb:
I Divizionun XII turunun “Şəmkir” – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 89 -cu dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun XII turunun “Turan Tovuz” – MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 90+1-ci dəqiqəsində “Turan Tovuz” klubunun 6 №-li futbolçusu Sənan Qocayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun XII turunun “Mil-Muğan” – “Göyəzən” matçında “Göyəzən” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 80-cı dəqiqəsində “Göyəzən” klubunun 10 №-li futbolçusu Arzuman Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 86-cı dəqiqəsində “Göyəzən” klubunun 9 №-li futbolçusu Fazil Vəliyev azərkeşləri təhqir etdiyinə görə, qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
I Divizionun XII turunun “Zaqatala” – “Qaradağ-Lökbatan” matçının 56 - cı dəqiqəsində “Zaqatala” klubunun 10 №-li futbolçusu Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
saytlarin hazirlanmasi