I Divizion klubları da cəzalandırıldı

13:39 - 22 Dekabr 2015

Məşqçi də...

 

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub. 

 

Sportal.az xəbər verir ki, komitə I Divizion klublarını da cəzasız buraxmayıb.

 

 

I Divizionun XIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

 

I Divizionun XIII turunun “Göyəzən” – “Energetik” matçının 61-ci dəqiqəsində “Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XIII turunun “Neftçala” – “Mil-Muğan” matçında “Neftçala” və “Mil-Muğan” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki  klub 100 manat cərimə olunur

Xəbər xətti