Rumıniya klubuna qarşı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Rumıniyanın “Petrolul” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” Antalyada Qazaxıstanın “Akjayık” (1:0), Rumıniyanın “Voluntari” (0:0) və İranın “Sepahan” (1:2) klubları ilə qarşılaşıb.
22 yanvar
19:00. “Sumqayıt” (Azərbaycan) – “Petrolul” (Rumıniya)
Türkiyə. Antalya
saytlarin hazirlanmasi