"Stadionda sönük ab-hava var idi"
Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən AZAL - "Qarabağ" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı.
Sportal.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında çıxış edən ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb
"Məğlub olmağı istəmirdik. Çoxdandı Bakıda oyun keçirmirdik. Düşündüyümüzün tam əksi oldu. Çətin oyun olacağını bilirdik. Futbolçularımdan razı qaldım. İmkanlarımız olsa da, son nöqtəni qoya bilmədik. Çatışmazlıqlar olacaq. Tərlan Əhmədovu təbrik edirəm. Döyüşkən kolletiv yaratmağı bacarıb.
- Komandada hücumçu problemi əvvəldən var. Sizə elə gəlmir ki, sizi üçün daha çətin olacaq?
- Komandada 3-4 hücumçu olsa da, daima narazılıq olub. Sadəcə, hər futbolçumuz eyni sayda qol epizoduna çıxdı. Daima axtaraışdayıq. Hələ ki, Samuel Armenteros tam hazır deyildi. Tədricən Reynaldo hazır olacaq.
- Rahid Əmirquliyevin zədələnməsi planlarınızı pozdu?
- Rahidlə 3 oyun başqa sistemdə oynamışdıq. Ancaq bu gün fərqli sistemdə meydana çıxdıq. Rahidin zədələnməsinin planlarımızı pozduğunu desək, düzgün çıxmaz. Onu komandaya güvənib götürmüşük. Ancaq istənilən halda futbolçularımızın zədəli olması bizim problemimizdi.
- Sürətli oyun oynaya bilməməyinizə nə mane oldu?
- Bəzən tam sürətli futbol oynamaq üçün şərait lazımdı. Rəqib qapanırsa, sürəti artırmaq qeyri-mümkündü. Bundan şikayət etmirəm. Stadionda sönük ab-hava var idi.
- Buraxılan qolun ofsayddan vurulub-vurulmaması ilə bağlı hansı fikirdəsiz?
- Hakimin qərarları meydanda hər zaman düzdü. Ofsayd olsa da, olmasa da hakimin səhv etdiyini deyə bilmərik. Ofsayd olsaydı, hakim bayrağını qaldırardı.
- Baxışda cəlb olunan Elgün Uluxanovla müqavilə imzalanıb?
- Elgün Uluxanovla müqavlə imzaladıq. Sadəcə, sənədlərinin gəlməsini gözləyirik. Əvəzedici komandamızda çıxış edəcək. Çalışırıq ki, perespektivli futbolçulara şərait yaradaq.