"Qarabağ" Almeydanı itirdi

00:46 - 1 Fevral 2016

Braziliyalı "Xəzər Lənkəran"la matçı buraxacaq
 
Premyer Liqamızın 19-cu turunda "Qarabağ" səfərdə AZAL-a minimal fərqlə məğlub olub.
 
Sportal.az xəbər verir ki "AZAL Arena"da keçirilən qarşılaşmanın 30-cu dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda rəqib futbolçu Mirzəağa Hüseynpura qarşı kobud oynayıb. Hakim brazilyalı oyunçuya sarı vərəqə göstərib və o, cəzalı vəziyyətə düşüb. Bununla da, Almeyda 20-ci turda evdə "Xəzər Lənkəran"a keçiriləcək oyunu buraxmaq məcburiyyətində qalacaq.

Xəbər xətti