İki yoxlama matçı da keçirib
“Qaradağ Lökbatan” komandası fevralın üçündən başladığı təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında ikinci dövrəyə hazırlıq məqsədilə təşkil olunan toplantıda klubun qış fasiləsində transfer etdiyi dörd yeni futbolçu da iştirak edir.
Əfqan Talıbovun yetirmələri təlim-məşq toplanışı ilə paralel olaraq, bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınamağı da bacarıb. Fevralın 7-də 19 yaşlılardan ibarət yığma komanda ilə yoldaşlıq görüşünə qatılan futbolçular qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıblar. Xatırladaq ki, bugünlərdə Birinci Divizionda mübarizə aparan “Bakılı” ilə keçirdiyi yoldaşlıq oyunu da “Qaradağ Lökbatan”ın qələbəsi ilə başa çatmışdı – 1:0.
Qeyd edək ki, Birinci Divizionda ikinci dövrənin oyunlarına fevralın 18-də start veriləcək və həmin gün “Qaradağ Lökbatan” komandası Qusarda “Şahdağ”ın qonağı olacaq.
saytlarin hazirlanmasi