"Qaradağ Lökbatan"la oyunun hazırlığı davam edir
I Divizyonunda mübarizə aparan "Şahdağ" çempionatın ikinci yarısının hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, qusarlılar baş məşqçi Adil Mahmudovun rəhbərliyi altında oyuna hazırlaşır.
14-cü tur çərçivəsində komanda öz meydanında “Qaradağ Lökbatan” kollektivi ilə qüvvəsini sınayacaq. Mahmudov yetrimələrinin oyun öncəsi hazırlıqlarından razı qaldığını və komandaya yeni oyunçuların cəlb olunduğunu bildirib. Çalışdırıcı həmin oyunçulardan birinin də gürcü olduğunu deyib.
Qeyd edək ki, şimal təmsilçiləri, 1-ci divizyonda keçirdiyi 13 oyunda 11 xal toplayaraq, turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.
Xatırladaq kki, “Şahdağ” “Qaradağ Lökbatan” qarşılaşması fevralın 18-i Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi