I Divizion klubları da cəzalandı

15:07 - 23 Fevral 2016

Komitənin qərarları

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizion klubları da cəzalanıb.

 

I Divizionun XIV turunun “Göyəzən” – “Turan Tovuz” matçının 90+3-cü dəqiqəsində “Göyəzən” klubunun 2 №-li futbolçusu Elxan Alışanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XIV turunun “Mil-Muğan” – “Şərurspor” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.    

 

I Divizionun XIV turunun “Şahdağ” – “Qaradağ-Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ-Lökbatan” klubunun 5 №-li futbolçusu Vüsal İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

I Divizionun XIV turunun “Ağsu” – MOİK matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 58-ci dəqiqəsində “Ağsu” klubunun 21 №-li futbolçusu Elmixan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

I divizionun XIV turunun “Şəmkir” – “Zaqatala” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Xəbər xətti