Komitənin qərarları
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, komitə I Divizion klublarını da cəzalandırıb.
I Divizionun XVI turunun “Şahdağ” – “Zaqatala” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ” klubunun 10 №-li futbolçusu İsrafil Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun XVI turunun “Energetik” – “Şərurspor” matçının 39-cu dəqiqəsində “Energetik” klubunun 10 №-li futbolçusu Tural Məmmədovkobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 72-ci dəqiqəsində “Şərurspor” klubunun 14 №-li futbolçusu Mehdi Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 85-ci dəqiqəsində “Şərurspor” klubunun 7 №-li futbolçusu Samir Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun XVI turunun “Ağsu” – “Şəmkir” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
I Divizionun XVI turunun “Göyəzən” – “Neftçala” matçının 68-cı dəqiqəsində “Neftçala” klubunun 77 №-li futbolçusu Emin Mirzəliyevikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun XVI turunun “Bakı” – “Qaradağ Lökbatan” matçının 74-cü dəqiqəsində “Bakı” klubunun 48 №-li futbolçusu Famil Camalovikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun XVI turunun “Mil-Muğan” – MOİK matçında “Mil-Muğan” klubunun 4, MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra MOİK klubunun futbolçuları soyunub-geyinmə otağının giriş qapısının lövhələrini və bir neçə əşyanı sındırıb, stadiona maddi ziyan vurublar. “Mil-Muğan” klubunun dəymiş ziyana əsasən təqdim edəcəyi hesaba uyğun olaraq MOİK klubu bütün zərəzi qarşılasın.
saytlarin hazirlanmasi