Qurban Qurbanov: "Fasilədə futbolçulara iradlarımı bildirdim"

17:05 - 9 Mart 2016

"İstər-istəməz belə nəticə futbolçularda arxaynçılıq yaradır"
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Qarabağ" səfərdə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəldi.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
 
"Bəlkə fikirləşə bilərik ki, oyun bizim üçün asan oldu. Gözləmədiyimiz halda 10 dəqiqədə 2 qol vurduq. Bu oyunda ilk hissədə çox səhvlərə yol verdik, fasilədə öz iradlarımı bildirdim. İkinci hissəyə də yaxşı başladıq. İstər-istəməz belə nəticə futbolçularda arxaynçılıq yaradır. Ancaq bu hal olmamalıdır. Oyunçularda ola bilsin ki, psixoloji yorğunluq var. Rəqibimizin də 3-4 qol epizodu oldu. Əsas odur, yarımfinala çıxdıq. Qarşıda bizi "Sumqayıt"la çempionat oyunu gözləyir, bu oyunda diqqətli olmalıyıq. Azarkeşlərə təşəkkürümü bildirirəm, belə havada tək qoymadılar. Eyni komanda ilə 10 gün ərzində 3 dəfə oynamaq asan deyil, futbolçuları belə oyunlara motivasiya etmək asan deyil".

Xəbər xətti