Sadıqov postundan getdi
Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan "Turan Tovuz”da istefa reallaşıb.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi ardıcıl uğursuzluqların ardında baş məşqçisi Nizami Sadıqovla yollarını ayırıb.
Qeyd edək ki, "Turan Tovuz” I Divizionda geridə qalan 16 turda 18 xal toplayıb və 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi