"Qələbə ücün ən düzgününü etdik"
Premyer Liqanın 25-ci turunun son matçında "Qarabağ" səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Spotal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərinin suallarını cavablandırıb:
"Bir komandaya qarşı qısa zamanda 3 oyun keçirəndə yorğunluq olur. Qələbə ücün ən düzgününü etdik . Uşaqlar yaxşı oynadılar. Oyununun əvvəlində 2 qol vurduq və bu təsirini etdi. Bu oyunda yaxşı oynadıq. Bu amildən razı qaldım. "Qəbələ" - "Zirə" oyununun nəticəsi bizə ehtiyat siqnalı verdi.
- Rəşad Sadıqov niyə oynamadı?
- Rəşadın əzələsində yüngül zədəsi var idi.
- "Qarabağ"da düşüş seriya olmur...
- Bizdə belə hal olmasa da, bu o demək deyil ki, biz optimal formadayıq. İstər - istəməz problemlər çoxalır. Hər oyuna rəqibimizi düşünüb çıxırıq. Hər bir rəqib bizə qalib gələ biıər. Bu oyunda da iki qoldan sora 70 dəqiqə qol vura bilmədik. Biz "Sumqayıt"a ilk dövrədə məğlub olanda qorxmuşdum ki, bizdə də bu uğursuzluq seriyası olsun. Mən də bir məşqci kimi ehtiyat edirəm bu durumdan.
- Almeyda əvəzlənəndə sanki şikayətlənirdi...
- Yüngül zədələndi, ona görə risk etmədik.
- Rəşadın mövqeyinə kimi hazırlamısınız?
- Tam o fikirdən uzağam, istəmirəm ki, Rəşad getsin. O oynamalıdır. Rəşad son iki ildə oyununu daha da artırıb. Qarşıdakı iki ildə Rəşaddan əl çəkməyəcəm.
- Danilo Dias və Raydell Pupon xaricdə xarüqələr yaradırlar, amma burda alınmadı ..
- Bəlkə də Azərbaycanda oynamaq çətindir. Onlar bizə adaptasiya olunmadı bəlkə də. Bu o deməkdir ki, biz yanılmamışıq. Amma onlar öz sözlərini deyirlər. Bəlkə də heyətdə rəqabətə dözə bilmirdilər. Çox rahatlaşdım ki, onlar xarüqələr yaradırlar.
- Armenteros mövsümün sonunda komandada qalacaq? Reynaldodan əvvəlki durumnuna qayıdacağını gözləyirsiniz?
- Armenterosda müqavilə 1+1 dir. Mövsümün sonunda qərar verəcəyik. Ola bilər ki, Armenteros da 1-2 oyun zəif oynasın, amma biz ondan narazı deyilik. Müqavilə məsələsinə isə hələlik vaxt var. Reynaldo komanda ilə məşqlərə başlayıb. Hər şey yaxşıya doğru gedir.
- Rahidin olmaması komanda üçün nə dərəcədə çətinlik yaradacaq?
- Rahid həm milli, həm də bizim üçün vacibdir. Əfsuslar olsun ki, zədəlidir. İnşallah avrokuboklarda bizə kömək edəcək. Ona səbrli olmağı arzulayıram. Bu, hər bir futbolçunun başına gələ bilər.
saytlarin hazirlanmasi