Futbolçunun durumu yaxşılaşır
"Qarabağ"ın braziliyalı legioneri Reynaldo Silvanın Avroliqanın qrup mərhələsində zədələndiyi və əməliyyat olunduğu barədə məlumat vermişdik. Reynaldo artıq bir müddətdir ki, komandayla məşqlərə başlayıb.
Sportal.az-ın əldə etdiyi məlumata görə, forvard "Qəbələ" ilə matçın "18-liy"ində yer ala bilər. Baş məşqçinin şans verəcəyi təqdirdə, futbolçu son 5-10 dəqiqədə meydana da çıxa bilər.
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı martın 19-u saat 15:00-da start götürəcək.
saytlarin hazirlanmasi