Vaxt probleminə görə
“Qalatasaray” və “Qarabağ” arasında martın 29-da keçirilməli olan qarşılaşma baş tutmayacaq.
Sportal.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Qalatasaray”ın mətbuat xidmətinin rəhbəri Eray Sözen məlumat verib.
O bildirib ki, vaxt problemi baxımından bu oyun keçirilməyəcək. Amma başqa vaxt bu iki klub arasında yoldaşlıq görüşü ola bilər.
Qeyd edək ki, bu yoldaşlıq görüşünü Türk Hava Yolları (THY) təşkil etməyə çalışırdı.
saytlarin hazirlanmasi