"Hər oyunu qələbə ilə başa vurmaq istəyiriksə daha çox çalışmalıyıq"
Azərbaycan Premyer Liqasının XXVI turunda "Qarabağ” səfərdə "Qəbələ” üzərində 2:1 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "CBC Sport”a açıqlama verən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqında fikirlərini bildirib:
"Güclü rəqibə qarşı oynadıq. Düşünürəm ki, çox vacib 3 xal əldə etdik. Hər oyunu qələbə ilə başa vurmaq istəyiriksə daha çox çalışmalıyıq. "Qəbələ”yə uğurlarıarzu edirəm. "Qəbələ”nin elə bir baş məşqçisi var ki, istənilən halda komandanın durumunu dəyişə bilər. İnanıram ki, onlar uğursuzoyunlar seriyasını geridə qoya biləcəklər. ”
- Reynaldonun ikinci hissədə meydana daxil olacağı gözlənilirdi. Deyəsən, risk etmədiniz...
- Belə bir fikrim var idi. Amma risk etmədim. Qarşıdakı oyunlarda Reynaldo meydanda olacaq.
- "Qəbələ”ni məğlubn etməklə çempionluq yolunda önəmli addım atdınız. Demək olarmı, artıq çempionluq uğrunda "Qarabağ” – "Zirə” mübarizəsi gedəcək...
- Çempionluq barədə düşünmürəm. Əgər bu barədə düşünsək, futbolçularda arxayınlıq yarana bilər. Səhv etmirəmsə, qarşıda 10 oyunumuz var. Sona qədər mübarizə aparmalıyıq.
- Mahir Mədətovun əsas heyət üzvünə çevrildiyini düşünmək olar?
-Deməzdim. Mahir öz üzərində çox işləməl, təcrübə qazanmaq üçün əlindən gələni etməlidi. Biz də gənc oyunçuların təcrübə qazanması üçün çalışırıq.