"Heç bir halda təxribata getməyin"
I Divizionda mübarizə aparan "Şəmkir" klubu bəyanat yayıb.
Sportal.az sizi həmin bəyanatla tanış edir:
"Son turlarda ev oyunlarında rəqib komandaya göstərilən qeyri peşəkar davranış və nəticədə baş verən xoşagəlməz hadisələrlə əlaqədar AFFA-da bütün klubların rəhbərləri və baş məşqiçiləri ilə görüş keçirilmiş və ev oyunlarında ev sahiblərinə asayişin qorunması kimi böyük məsuliyyət müəyyən edilmişdir. Qonaq komandanın tam təhlükəsizliyinə ev sahibi təminat verir. Təhlükəsizlik təmin edilmədiyi halda ev sahibinə texniki məğlubiyyət veriləcəkdir. Bu səbəbdən hörmətli azarkeşlər, hər zaman rəqib komandaya və onun azerkeşlərinə göstərdiyiniz peşəkar yanaşmanı bir daha göstərməyinizi xahiş edirik. Heç bir halda təxribata getməyin. Rəqib komandaya həm meydanda, həm də meydandan kənarda peşəkarlıq nümayiş etdirmək lazımdır. Komandaya dəstəyinizi bir daha göstərmək zamanıdı".
saytlarin hazirlanmasi