Buna kim cavabdeh olacaqdı?
Dünən I Divizionun 19-cu turunda baş tutan MOİK - "Neftçala" (2:0) matçında maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki,"Neftçala"nın futbolçusu Ramazan Həsənov ilk hissədə stadionun hasarına çırpılaraq xəsarət alıb. Futbolçunun qanaxması dayanmayınca fasilədə təcili tibbi yarım maşını ilə xəstəxanaya aparılıb. Maraqlısı odur ki, stadiona əlavə təcili tibbi yardım maşını göndərilməyib. Bu da çempionatın əsasnaməsinə ziddir. Belə ki, əsasnamədə göstərilənə görə, əgər stadiondan kənarda təcili tibbi yardım maşını yoxdursa, oyun dayandırmalıdır. Lakin buna baxmayaraq, qarşılaşma sona qədər davam etdirilib.
Bəs görəsən, əgər ikinci hissədə də analoji hal təkrarlansaydı, buna kim cavabdeh olacaqdı?
saytlarin hazirlanmasi