Cəbhədə baş verənlərə münasibət
Premyer Liqanın 29-cu turunda “Qarabağ” “Kəpəz”i qəbul edir.
Sportal.az xəbər verir ki, meydan sahibləri “Azərsun Arena”nı Azərbaycan bayrağı ilə bəzəyib. Oyuna gələn azarkeşlərə isə Azərbaycan bayrağı təqdim olunub.
Bundan başqa ordumuza dəstək olmaq üçün futbolçular meydana Azərbaycan dövlət bayrağı ilə çıxıb. Bu bayrağı isə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Bağırov daşıyıb.
Ağdam klubu bu addımı ilə son günlər cəbhədə baş verənlərə öz münasibətini göstərib. (qol.az)
saytlarin hazirlanmasi